Premyer Liqanın ilk 4 turunda məğlubiyyətlə üzləşən "Keşlə"də qəribə hadisə baş verib. Matc.az xəbər verir ki, klub futbolçuları pulsuz nahar yeməyindən məhrum edib.

Bu, Sənan Qurbanovun tələbidir. Baş məşqçi komanda üzvlərini cəzalandırmaq niyyəti ilə bu addımı atıb.

O, daha əvvəl kollektivi maddi cəhətdən silkələmişdi. Belə ki, düşərgədə yer alanların avqust ayı üçün aldığı əməkhaqqısı onun göstərişi ilə 10 faiz kəsilib. sportinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest