Həmin postda Azərbaycan klubunun bu mövsüm məğlub olmadığı vurğulanıb: "Məğlubedilməz "Qarabağ" başlıqlı paylaşımda Qurban Qurbanovun yetirmələrinin ümumilikdə 14 matçda iştirak etdiyi, onlardan 9-da qalib gəlib, 5-də heç-heçə etdiyi vurğulanıb.

UEFA "Qarabağ"la bağlı paylaşım edib. Matc.az xəbər verir ki, qitə futbol qurumu Ağdam təmsilçisinin cari mövsümdəki uğurlu nəticələrini "Tvitter" səhifəsində qabardıb.
 
Həmin postda Azərbaycan klubunun bu mövsüm məğlub olmadığı vurğulanıb: "Məğlubedilməz "Qarabağ" başlıqlı paylaşımda Qurban Qurbanovun yetirmələrinin ümumilikdə 14 matçda iştirak etdiyi, onlardan 9-da qalib gəlib, 5-də heç-heçə etdiyi vurğulanıb.
 
Qeyd edək ki, Premyer Liqada keçirdiyi 6 oyunda 14 xal toplayan "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində 2 matçda 4 xalla turnir cədvəlinə başçılıq edir.
 
Yeri gəlmişkən, Avropada cari mövsüm məğlubiyyətsiz yoluna davam edən klubların adları açıqlanıb. Hazırda bu qitədə cəmi 4 komandanın biləyi bükülməyib ki, onlardan biri də Azərbaycan təmsilçisidir. Söhbət Premyer Liqanın lideri və Konfrans Liqasında yer aldığı qrupun birinci pilləsində qərarlaşan "Qarabağ"dan gedir. 
 
Bu mövsüm uduzmayan komandalardan ən az oyun keçirən "Liverpul"dur. "Böyük beşliy"in məğlubedilməz yeganə klubu olan "qırmızılar" Premyer Liqa, İngiltərə Kuboku və çempionlar Liqasında (çL) ümumilikdə 10 matçda iştirak edib, cəmi 3 dəfə bərabərə qalıb. Yurgen Kloppun komandası 7 görüşdə rəqibini üstələyib.
 
Yunanıstan çempionu "Olimpiakos" "Qarabağ"la eyni sayda – 14 oyun keçirib. Mövsümə çempionlar Liqasının təsnifat mərhələsində "Neftçi" üzərində iki qələbə ilə başlayan pireylilər həm bu turnirdə, həm Avropa Liqasında, həm ölkə çempionatında, həm də kubokunda keçirdiyi oyunların 8-də qələbə qazanıb, 6-da heç-heçə edib. "Olimpiakos" çL-in təsnifat mərhələsində "Ludoqorets"ə oyunsonrası penaltilər seriyasında yenildiyindən, həmin məğlubiyyət hesaba alınmayıb.
 
Bu mövsüm ən çox görüşdə iştirak edib uduzmayan komanda "Zalsburq"dur. Avstriya klubu ölkə çempionatı, kuboku və çempionlar Liqasında ümumilikdə 16 dəfə meydana çıxıb. 15 qarşılaşmadan qalib ayrılan "Zalsburq" cəmi 1 matçda heç-heçə ilə barışmalı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest