Belqraddakı "Rayko Mitiç" stadionunda keçirilən oyunda azərbaycanlı nazirləri Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç müşayiət edib. O, Bayramov və Quliyevlə stadionda çəkdirdiyi birgə şəklini sosial şəbəkə hesabında da paylaşıb.

Futbol üzrə Azərbaycan millisinin Dç-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Serbiya ilə səfər matçını azərbaycanlı nazirlər də canlı izləyiblər. Matc.az xəbər verir ki, Belqradda işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və müdafiə sənayesi naziri Mədət Quliyev millimizə tribunadan dəstək veriblər.
 
Belqraddakı "Rayko Mitiç" stadionunda keçirilən oyunda azərbaycanlı nazirləri Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç müşayiət edib. O, Bayramov və Quliyevlə stadionda çəkdirdiyi birgə şəklini sosial şəbəkə hesabında da paylaşıb.
 
Serbiya - Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest