"Qarabağ" sonuncu dəfə doğma meydanda 2016/17 mövsümündə, Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub etmişdi. Həmin oyun 2016-cı il oktyabrın 20-də baş tutmuşdu.

"Qarabağ" komandası beş ildən sonra avrokubokların qrup mərhələsində ev oyununda qələbə qazana bilib. Matc.az xəbər verir ki, "köhlən atlar" buna Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda Qazaxıstan "Kayrat"ına qalib gəlməklə (2:1) nail olub. Qurban Qurbanovun komandası bunu öz meydanındakı 15-ci matçında bacarıb.
 
"Qarabağ" sonuncu dəfə doğma meydanda 2016/17 mövsümündə, Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub etmişdi. Həmin oyun 2016-cı il oktyabrın 20-də baş tutmuşdu.
 
Yeri gəlmişkən, "Qarabağ" bu qələbə sayəsində cari mövsümdə bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb. Bunların 9-u avrokubok, 7-si çempionat matçıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest