Farer adaları yığmamızın tarixinə düşüb. Bu komanda yeganə rəqibdi ki, komandamız ona 2 dəfə fərqli hesabla darmadağın yaşadıb. Digər 7 yığma isə bir dəfə millimizdən "sillə" yeyib.

Azərbaycan millisi tarixində 9-cu böyük hesablı qələbəni qazanıb. Matç.az saytı xəbər verir ki, bu uğur Millətlər Liqasının III turunun Farer adaları ilə səfər görüşünə təsadüf edib. 3:0 hesabı ilə qalib gələn komandamız bunadək 26 illik tarixində 8 dəfə üç və ya böyük top fərqilə qələbə qazanmışdı.

Lakin bu dəfəki qalibiyyət ilklə əlamətdardı. Yığmamız tarixində ilk dəfə səfərdə böyükhesablı qələbə əldə edib. Bunadək əldə edilən 8 qələbədən 6-sı evdə, 2-si neytral meydanda qazanılıb.

Maraqlıdı ki, tarixdə ilk darmadağın da bu rəqiblə matça təsadüf edib. Millimiz 22 il öncə neytral meydanda ada təmsilçisinə 3 cavabsız qol vurub.

Farer adaları yığmamızın tarixinə düşüb. Bu komanda yeganə rəqibdi ki, komandamız ona 2 dəfə fərqli hesabla darmadağın yaşadıb. Digər 7 yığma isə bir dəfə millimizdən "sillə" yeyib.

Millimizin böyük hesablı qələbələri

27 fevral 1996-cı il
Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Farer adaları – 3:0
Baş məşqçi: Kazbek Tuayev


22 mart 1997-ci il
Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkmənistan – 3:0
Baş məşqçi: Vaqif Sadıqov

5 iyun 1999-cu il
Bakı. Aç-2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Lixtenşteyn – 4:0
Baş məşqçi: Əhməd Ələsgərov

27 fevral 2012-ci il
Dubay. Yoldaşlıq görüşü. Azərbaycan – Hindistan – 3:0
Baş məşqçi: Berti Foqts (Almaniya)

15 avqust 2012-ci il

Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Bəhreyn – 3:0

Baş məşqçi: Berti Foqts (Almaniya)

14 avqust 2013-cü il

Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Malta – 3:0

Baş məşqçi: Berti Foqts (Almaniya)

4 sentyabr 2017-ci il

Bakı. Dç-2018-in seçmə oyunu. Azərbaycan – San-Marino – 5:1

Baş məşqçi: Robert Prosineçki (Xorvatiya)

29 may 2018-ci il

Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Qırğızıstan – 3:0

Baş məşqçi: Qurban Qurbanov

11 oktyabr 2018-ci il

Torshavn. Millətlər Liqası. Farer adaları – Azərbaycan – 0:3

Baş məşqçi: Qurban Qurbanov

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest