"Məqsədimiz turnirə tam hazır başlamaqdı. Bu baxımdan Avropa Liqası hazırlıq üçün yaxşı şansdı. Menü deyir ki, qrupda bizdən güclü olan komandalar var. Ancaq məğlub edə biləcəyimiz rəqiblər də mövcuddu. 4 komandanın növbəti mərhələyə yüksəlməsi yaxşı haldı".

"Düşünürəm qrupumuzda elə komandalar var ki, onlara qarşı yaxşı nəticə göstərə bilərik". Matç.az saytı xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Xorvatiya yığmasının kapitanı Samanta Fabris deyib.

Dünən Avropa çempionatının final mərhələsinin püşkü atılıb və Xorvatiya yığması C qrupunda Azərbaycan, Macarıstan, Estoniya, Hollandiya və Rumıniya ilə qarşılaşacaq.

Yerli mətbuata açıqlamasında qrupu dəyərləndirən xorvatların lideri Fabris qrupdan çıxa biləcəklərini söyləyib: "Məqsədimiz turnirə tam hazır başlamaqdı. Bu baxımdan Avropa Liqası hazırlıq üçün yaxşı şansdı. Menü deyir ki, qrupda bizdən güclü olan komandalar var. Ancaq məğlub edə biləcəyimiz rəqiblər də mövcuddu. 4 komandanın növbəti mərhələyə yüksəlməsi yaxşı haldı. Bu baxımdan ilk hədəf qrupdan çıxmaqdı. Qrupumuz asan deyil. Amma hər şey özümüzdən, oyunumuzdan asılıdı. Xilas olmağın yolunu tapmalıyıq. Əgər çox çalışsaq və yaxşı formada olsaq, Avropa çempionatında yaxşı oyunlar keçirə bilərik".

Qeyd edək ki, Xorvatiya qrupda ilk oyununu avqustun 23-də Azərbaycan millisinə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest