15 Sentyabr 2026, 16:40
FUTBOL
"Trabzonspor" yeni baş məşqçisi Tomas Rays ilə prinsipial razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Türkiyədə daha əvvəl "Samsunspor"da çalışmış və hazırda "Ludoqorets"də fəaliyyət göstərən almaniyalı mütəxəssisin bu gün Trabzona gəlməsi gözlənilir. Qaradəniz təmsilçisi bu keçid üçün Bolqarıstan klubuna təzminat ödəyəcək.
Müqavilə rəsmiyyətə töküləndən sonra Rays "Trabzonspor"un başında ilk rəsmi matçına "Qalatasaray"a qarşı çıxacaq.
Qeyd edək ki, Tomas Rays 2024/25 mövsümündə "Samsunspor"la çıxdığı 72 oyunda 33 qələbə və 21 məğlubiyyət alaraq 1.63 xal ortalaması qazanıb. O, cari mövsüm rəhbərlik etdiyi "Ludoqorets"də isə 11 matçın 7-də qalib gəlib və cəmi 1 dəfə məğlub olub.


_1789485061.jpg)










