İngiltərənin "Tottenhem" klubunun 2020/21 mövsümü üçün maliyyə hesabatı məlum olub. Matc.az xəbər verir ki, London təmsilçisi ötən mövsümü 80,2 milyon funt-sterlinq zərərlə başa vurub.
 
Bu barədə "Sky Sports" telekanalı məlumat yayıb. "Tottenhem"in borcu isə 706 milyon funt-sterlinqdir.
 
Klubun ötən mövsümkü gəliri 361,9 milyon funt-sterlinq təşkil edib. Bu, ötən ilə nisbətən 40,5 milyon avro azdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest