"Çelsi" daha bir futbolçusunu yola salıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Alvaro Moratadan sonra digər hücumçu Mişi Batşuayi də başqa komandaya keçib.

O, Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas"la anlaşıb. Belçika millisinin üzvü yeni komandasına mövsümün sonuna qədər icarəyə verilib. Mövsümün ilk yarısını icarə əsasında "Valensiya"da keçirən 25 yaşlı forvardı "Çelsi" "Tottenhem"ə göndərməkdən imtina edərək, "Kristal Pelas"ı üstün tutub.

Qeyd edək ki, Mişi Batşuayinin "Çelsi" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest