"Napoli" kapitanı Marek Hamşiklə yollarını ayırıb. Slovakiya millisinin yarımmüdafiəçisi karyerasını Çində davam etdirəcək. 32 yaşlı hücumameyilli oyunçu "Dalyan İfan"la anlaşıb. O, yeni komandası ilə 3 illik müqaviləyə qol çəkib.

"Napoli" kapitanı Marek Hamşiklə yollarını ayırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Slovakiya millisinin yarımmüdafiəçisi karyerasını Çində davam etdirəcək.

32 yaşlı hücumameyilli oyunçu "Dalyan İfan"la anlaşıb. O, yeni komandası ilə 3 illik müqaviləyə qol çəkib. Hamşikin "Dalyan İfan"da illik məvacibi 9 milyon avro təşkil edəcək. "Napoli" isə bu transferdən 15 milyon avro qazanıb.

Qeyd edək ki, Marek Hamşik 2007-ci ildən bəri "Napoli"də çıxış edib. Onun yığması Slovakiya AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest