UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Malta yığması Bakıda ilk məşqinə çıxıb. Matç.az-ın Malta Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, dünən ölkəmizə gələn qonaq komanda bu bu gün səhər hazırlıq keçib.

Maltalılar "Neftçi"nin ev oyunlarını keçirdiyi 8-ci km qəsəbə stadionunda baş məşqçi Rey Farrucianın rəhbərliyi altında məşq edib. Kosovo ilə iki gün əvvəlki qarşılaşmada meydana çıxanlar fiziki hazırlıq üzrə məşqçi Luka Paqaninin rəhbərliyi altında bərpa prosesi keçiblər. Digərləri isə stadionda yüngül məşqlər ediblər.

Cəzalı olduğu üçün Kosovo ilə görüşü buraxan Jozef Zerafa da sabahkı qarşılaşmanın hazırlıqlarında iştirak edib. Malta oyunöncəsi son məşqini axşam saatlarında Bakı Olimpiya Stadionunda keçəcək.

Qeyd edək ki, Azərbaycan – Malta matçı 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest