Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan güləş üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 təmsilçisi mübarizəyə qoşulub. Bundan əlavə, dünən uğurlu çıxış edən 5 güləşçimizdən dördü qızıl, biri isə bürünc medal uğrunda qüvvəsini sınayıb. Onlardan  Məhəmmədxan Məhəmmədov qızıl, Əliabbas Rzazadə,  Hacı Əliyev və Əşrəf Aşırov. isə gümüş medala sahib çıxıb. 

61 kq
İslam Bazarqanov ilk görüşdə almaniyalı Viktor Lizenə qalib gəlsə (4:0) də, 1/4 finalda bolqarıstanlı Georgi Vangelova uduzub - 2:5.
 
74 kq
Turan Bayramov 1/8 finalda bolqarıstanlı Ali Umarpaşayevə qalib gəlib - 4:3. Bayramov 1/4 finalda estoniyalı Aymar Andruseni tam üstünlüklə məğlub edib - 10:0. Turan yarımfinalda son Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanovla (Slovakiya) qarşılaşıb. Təəssüf ki, həmyerlimiz bu dueldə məyus olub - 2:8. O, sabah bürünc medal uğrunda yarışacaq.
 
86 kq
Abubakr Abakarov 1/8 finalda moldovalı Denis Balaura vaxtından əvvəl qalib gəlib - 12:1. Abakarov 1/4 finalda latviyalı İvars Samusonoksa da heç bir şans tanımayıb - 7:0. Abubakr yarımfinalda polşalı Sebastyan Yejierjanskiylə üz-üzə gəlin. Gərgin keçən görüşdə idmançımız 3:2 hesablı qələbə sayəsində finala yüksəlib.
 
92 kq
Osman Nurmaqomedov yarışa 1/4 finaldan start verib. O, startda polşalı Radoslav Marçinkieviçi "tuşe" ilə yolundan kənarlaşdırıb. Millimizin üzvü yarımfinalda Bolqarıstan təmsilçisi Ahmed Batayevlə üz-üzə gəlib. Bu dueldə 4:4 hesabı qeydə alınsa da, rəqib axırıncı xal prinsipinə əsasən qalib adını qazanıb. Osman isə sabah "bürünc" görüşünə çıxacaq.
 
125 kq
Aydın Əhmədov debütdə alban Paris Karepi ilə qarşılaşıb və 5:0 hesabıyla qalib gəlib. Həmyerlimiz 1/4 finalda polşalı Robert Barana məğlub olub - 0:11.


Final
57 kq
Əliabbas Rzazadə həlledici görüşdə Vladimir Yeqorovla (Şimali Makedoniya) qarşılaşıb. Həmyerlimiz finalda 6:8 hesabı ilə uduzaraq, yarışı gümüş medalla başa vurub.

65 kq
Hacı Əliyevin qızıl medal uğrunda görüşdə İsmayıl Musikayevlə (Macarıstan) bacarmayıb. 1:12 hesabı ilə uduzan güləşçimiz  gümüş medalla kifayətlənib.

79 kq
Əşrəf Aşırov Avropa çempionu uğrunda dueldə yunanıstanlı Georgios Kuqiumtsidisə uduzaraq (6:7), gümüş medala sahib çıxıb.  

97 kq
Məhəmmədxan Məhəmmədov finalda Macarıstan təmsilçisi Vladislav Baytsayev üzərində 11:5 hesablı qələbə sayəsində  qızıl medal qazanıb.

üçüncü yer uğrunda
70 kq
Zirəddin Bayramov bürünc medal uğrunda  Ramazan Ramazanova (Bolqarıstan) uduzub - 7:11.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest