Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunların tam təqvimi dəqiqləşib. Matc.az xəbər verir ki, C liqasının 3-cü qrupunda mübarizə aparacaq Azərbaycan yığmasının iyunun 3-də və sentyabrın 25-də baş tutacaq oyunlarda qarşılaşacağı komanda bəlli olub.
Millimiz ilk və son qarşılaşmalarını Qazaxıstana qarşı keçirəcək. Bu, C liqasındakı qalmaq uğrunda pley-offdan sonra müəyyənləşib. Moldova səddini keçən qazaxıstanlılar yayda millimizi qəbul edəcək, payızda Bakının qonağı olacaq.
 
Millətlər Liqası
C liqası, 3-cü qrup
3 iyun 2022. Qazaxıstan – Azərbaycan
6 iyun 2022. Belarus – Azərbaycan
10 iyun 2022. Azərbaycan – Slovakiya
13 iyun 2022. Azərbaycan – Belarus
22 sentyabr 2022. Slovakiya – Azərbaycan
25 sentyabr 2022. Azərbaycan – Qazaxıstan
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest