"Bu, hələ son deyil. Hədəfimiz Paris-2024 Yay Olimpiya Oyunlarıdır". Matc.az xəbər verir ki,  bunu Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatındakı çıxışı barədə danışarkən deyib.
 
65 kq çəki dərəcəsində gümüş medal qazanan 31 yaşlı pəhləvan ona 4 qat Avropa çempionluğunun nəsib olmadığını bildirib. Əliyev hər zaman olduğu kimi, yenə onu tək qoymayanlara minnətdarlıq, təbriklərə görə təşəkkür edib.
 
O, Macarıstan təmsilçisi İsmail Musukayevlə final görüşündə baş verənləri izah edə bilmədiyini də diqqətə çatdırıb: "Düşündüklərimin döşəkdə necə alındığını bilmirəm. Güləş belədir. Baş verənləri izah etmək çətindir. Nə qədər xal qazanacağını heç vaxt bilmirsən. Görüşə zehnən hazır idim. Daim qələbəyə köklənsən də, səni nələrin gözlədiyini bilmirsən".
 
Qeyd edək ki, Hacı Əliyev həm də üçqat dünya çempionu və ikiqat olimpiya mükafatçısıdır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest