Azərbaycan Milli Karate Federasiyası (AMKF) qadınlardan ibarət yığma komandanın baş məşqçisi Denis Morozovun rəhbərliyi altında 6-cı beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək. Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
 
Mayın 2-dən 8-nə qədər AMKF-in təlim-məşq bazasında keçiriləcək təlim-məşqlərə Tokio Olimpiadasının gümüş mükafatçıları İrina Zaretska, Anjelika Terlyuqa (Ukrayna), dünya çempionu Ayumi Uekusa (Yaponiya) kimi tanınmış qadın karateçilər, həmçinin milli komandamızın titullu üzvləri qatılacaq.         
 
Bakıdakı beynəlxalq təlim-məşqlərə bir sıra ölkələrdən idmançıların qatılması gözlənilir.
 
Xatırladaq ki, martın əvvəlində müxtəlif yaşlı qadınların bir həftə davam edən beynəlxalq seminarına idmançılarımızla yanaşı çexiya və Yunanıstandan karateçilər qatılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest