Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində 15 yaşa qədər yeniyetmə cüdoçuların Sumqayıt şəhər birinciliyi keçiriləcək. Matc.az xəbər verir ki, "Şuşa İli"nə həsr olunmuş turnirə 300-dən çox idmançı qatılacaq və medallar uğrunda mübarizə aparacaq. 
 
Qeyd edək, yarışlarda 2008-2010-cu il təvəllüdlü idmançılar iştirak edəcəklər.
 
Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək yarışda ümumilikdə 20 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest