"Azərbaycanla qarşılaşma çətin olacaq. Rəqib bir neçə gün əvvəl səfərdə Farer adaları üzərində qələbə qazanaraq, böyük motivasiya qazanıb. Biz isə ardıcıl ikinci səfər görüşünə çıxacağıq ". Matç.az xəbər verir ki bu sözləri Malta yığmasının baş məşqçisi Rey Farruciyaya məxsusdu.

Malta millisi Millətlər Liqasının III turu çərçivəsində sabah yığmamızla qarşılaşacaq.  Oyundan əvvəl keçirilən mətbuat konfransında çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb.

 

- Kosovo ilə görüşün ilk hissəsində hesabı bərabərləşdirdiz. Xal qazanmaq üçün nə çatmadı və bundan hansı nəticə çıxardız?
- Kosovo çox gücü komandadı, oyun çətin keçdi. Azərbaycan da güclü komandadı. çalışacağıq sabah kompakt oynayaq və səhv etməyək.

- Qrupda son pillədə qərarlaşmısız, hesabınızda 1 xal var. Xal sayı artacaqmı və turnirlə bağlı təəssüratlarınız necədi?
- Deməzdim ki, fərq getdikcə artacaq. Ancaq gənc heyətimiz var. Son 4 qarşılaşmada 4-5 gənc oyunçumuz iştirak etdi. Nəsil dəyişikliyinə start vermişik. Bunun da gələcəkdə xeyrini görəcəyik.

- Turnir sizin üçün yaxşıdımı və zədəlilərin son durumu necədi?
Bu, yoldaşlıq turniri deyil. Bizim üçün önəmli yarışdı. Fikrimcə, ən çətin qrupa düşmüşük. çünki Azərbaycan və Kosovo ilə eyni qrupdayıq. Səbirli olmaq lazımdı. İşimizi görüb, yeni nəsil yetişdiririk. Zədəlilərimiz yoxdu, amma iki futbolçumuz sabah oynamayacaq.

- Kosovo ilə Azərvaycanı necə müqayisə edərdiz?
- İlk oyuna baxmışam. Deyə bilmərəm ki, çox böyük fərq var. Azərbaycan Kosovo ilə ev oyununu yüksək səviyyədə keçirdi. Amma Kosovo ilə səfərdə oynayacağı üçün komandanıza çətin olacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest