Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq "Pro Tur" turnirinə qatılacaqlar. Matc.az xəbər verir ki, yeniyetmələrdən ibarət yığmalar mayın 17-dən 19-dək Almaniyanın Berlin şəhərində, mayın 20-dən 22-dək isə Polşanın Vladislava şəhərində təşkil olunacaq yarışda qüvvəsini sınayacaq.
 
Hər iki komanda ənənəvi turnirə baş məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Bakıda hazırlaşır.
 
Kişilərin mübarizəsində Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, qadınlardan isə Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova çıxış edəcək.
 
Qeyd edək ki, "Pro Tur" turnirində iştirakın əsas məqsədi iyulda Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest