Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın 8-ci turunda ABŞ təmsilçisi Lenyer Dominqeslə üz-üzə gəlib.
 
Ağ fiqurlarla oynayan Məmmədyarov 43-cü gedişdə rəqibinə uduzub.
 
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest