Onlardan ikisi qırmızı vərəqə aldığından, dördü isə sarı vərəqə limitini doldurduğundan bu vəziyyətlə üzləşib.

Topaz Premyer Liqasının XVI turu 6 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Matc.az xəbər verir ki, onlardan ikisi qırmızı vərəqə aldığından, dördü isə sarı vərəqə limitini doldurduğundan bu vəziyyətlə üzləşib.

"Qəbələ"ylə görüşdə (0:1) meydandan qovulan Marko Deviç "Sabah"a, "Zirə"ylə matçda (0:2) eyni taleyi yaşayan Elvin Yunuszadə isə "Səbail"ə kömək etməyəcək. Hər iki futbolçu 1 oyunluq cəzasını XVII turda yaşayacaq.

Turu buraxacaq digər 4 futbolçu isə mövsümdə 4-cü dəfə xəbərdarlıq alıb. "Neftçi" – "Keşlə" qarşılaşmasında (2:0) hər komanda bir oyunçusunu itirib. Meydan sahiblərindən ömər Buludov, qonaqlardan Vüsal İsgəndərli cəzalı duruma düşüb.

"Zirə"nin üzvü Aleksandr Dedov "Səbail", "Sumqayıt"ın üzvü Əli Babayev "Qarabağ"la oyunda (0:2) 4-cü "sarı"sına üzülüb.

Qeyd edək ki, XVII turun oyunları fevralın 16-17-də keçiriləcək. İtkisi olan komandalar bir-biri ilə üz-üzə gələcək. "Zirə" "Neftçi"ni, "Səbail" "Sabah"ı, "Keşlə" "Sumqayıtı qəbul edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest