Azərbaycanın daha 4 karateçisi Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatının fərdi yarışlarında mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, yarışın 2-ci günündə kişilərdən 60 kq-da Əminağa Quliyev və 67 kq-da Tural Ağalarzadə, qadınlardan isə 50 kq-da İnci Əzizova və 55 kq-da Mədinə Sadiqova tatamiyə çıxıblar.
 
Onlardan yalnız sonuncu medal qazanmaq şansını saxlayıb. Sadiqova mayın 28-də bürünc medal görüşünə çıxacaq.
 
Fəridə Əliyeva, Ayla Rzazadə, Mədinə Sadıqova və İrina Zaretskadan ibarət kumite komandası da ilk görüşünü keçirib. Serbiyaya 2:1 hesabı ilə qalib gələn kollektiv növbəti mərhələdə Xorvatiya ilə üz-üzə gələcək.
 
İlk mərhələdən azad olan kişi karateçilər - Rafael Ağayev, Asiman Qurbanlı, Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət komanda isə 1/8 finalda Kosovonu sınağa çəkəcək.
 
Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. ötən gün mübarizəyə başlayan 7 karateçi yarışı medalsız bitirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest