Millətlər Liqasının III turu Cəbəllütariq yığması üçün tarixi qələbə ilə əlamətdar olub. Matç.az saytı xəbər verir ki, D liqasında çıxış edən "cırtdan ölkə" təmsilçisi tarixində ilk rəsmi qələbə qazanıb.

Cəbəllütariq futbolçuları bu uğuru Ermənistanla matçda əldə edib – 1:0. Bu, tarixdə 23-cü matça təsadüf edib.

2014-cü ildə UEFA tərəfindən tanınan və ilk oyununu həmin il keçirən Cəbəllütariq əvvəlki 22 görüşdə qalib gəlməmişdi.

Qeyd edək ki, "cırtdan"ların ümumilikdə ilk qələbəsi 2017-ci il oktyabrın 10-da Latviya ilə yoxlama oyununda qeydə alınıb – 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest