Braziliyalımız digər göstəricidə daha öndədi. 215 ötürmə verən Riçard bu göstəricidə turnirin 2-cisidi. O, yalnız moldovalı Aleksandr Yepuryanudan geri qalır. Sonuncu 233 dəfə komanda yoldaşlarına ötürmə edib.

Millətlər Liqasının I dövrəsinin ən yaxşıları açıqlanıb. Matç.az saytı xəbər verir ki, UEFA müxtəlif statistik göstəricilərdə "Top5" tərtib edib.

Turnirin bombardirləri siyahısında belçikalı Romelu Lukaku ilə serbiyalı Aleksandar Mitroviç liderlik edir. Onlar hərəyə 4 qol vurub. Makedoniyalı Eqziyan Alioski və finlandiyalı Teemu Pukki hərəyə 3 dəfə fərqlənib. 5-ci yerə şərik olan 2 qola malik futbolçulardan biri Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeydadı.

Braziliyalımız digər göstəricidə daha öndədi. 215 ötürmə verən Riçard bu göstəricidə turnirin 2-cisidi. O, yalnız moldovalı Aleksandr Yepuryanudan geri qalır. Sonuncu 233 dəfə komanda yoldaşlarına ötürmə edib. 3-cü pillədə 204 ötürməsi olan ispaniyalı Serxio Ramosdu.

Qol ötürmələrində isə ispaniyalı Marko Asensio 1-cidi. O, 4 dəfə assist edib. Bolarıstanlı Strahil Petrov 3 qol ötürməsi ilə 2-cidi. 3-cü yerə hərəyə 2 assist edən xeyli sayda oyunçu şərikdi.

San-Marinonun qapıçısı Elia Benedittini "seyv" sayında zirvədədi – 24 dəfə. Lixtenşteynli Bencamin Buşel də 20 səddini adlamağı bacarıb. Onun 23 qurtarışı var..

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest