"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsində "Panorama Sport"a müsahibə verib. Matc.az saytının məlumatına görə, veteran futbolçu komandanın cari mövsümdəki çıxışından və gələcək hədəflərindən bəhs edib.

- Başlayaq qış hazırlığından. Təlim-məşq toplanışını necə keçdiniz?

- Hər il olduğu kimi, yenə Antalyaya getdik. Hər şey yüksək səviyyədə keçdi və mövsümün ikinci yarısına daha qətiyyətli şəkildə başlamışıq. Startda çempionluq uğrunda əsas rəqibimiz olan "Neftçi" ilə heç-heçə etdik, ardından iki oyunda qələbə qazandıq.

- İkinci yarı ilə bağlı düşüncələriniz nələrdi?

- Hazırlıq mərhələsindən və ilə başlanğıcdan razıyam. Bir qədər yüklənmə olsa da, əsas odu ki, heç bir problem yaşamadım.

- Bu mövsüm şəxsi hədəfləriniz nələrdi?

- Bunların hamısı komanda ilə bağlıdı. Əlbəttə ki, çempionatın və ölkə kubokunun qalibi olmaq bizim əsas məqsədimizdi. Uzun illər çempionata başçılıq etdik. Ancaq indi rəqabət daha güclüdü. 2019-cu ilin əvvəlində "Neftçi"dən 3 xal geri qalırdıqsa, indi bu fərq 1 xaldı. Bütün hallarda asan olmayacağını bildiyimiz təqdirdə, hədəfə çatmaq üçün sona qədər mübarizə aparacağıq. Şəxsən mən ötənilkindən daha çox çalışıram və hədəfə nail olmaq üçün komandama maksimum dərəcədə kömək etmək istəyirəm.

- Əvvəlki illərlə müqayisədə bu mövsüm az şans qazanmağınız nə ilə bağlıdı?

- Mövsümün əvvəlində baş məşqçi ilə görüşdüm və başa düşdüm ki, oyunların 100 faizində iştirak etməyəcəm. Çempionat, kubok və avrokubokda yarışdığımızdan, təqvimin sıxlığını nəzərə alaraq, 36 yaşlı oyunçunun 4 ayda 30 matçda iştirakının mümkün olmadığını dərk etmək lazımdı. Uzun illərdi Qurban Qurbanovun rəhbərliyi altında çıxış edirəm. Bir futbolçu kimi inkişafımda onun rolu böyükdü.

- Milli komanda ilə bağlı hansısa hədəfləriniz varmı?

- Milli komanda hər bir futbolçunun yaşaya biləcəyi ən böyük qürur yeridi. Bu, dərinizin altında qalan yeganə rənglərdi. Ancaq milli ilə bağlı hansısa hədəfim qalmayıb. Albaniyalı futbolçunun yığma ilə edə biləcəyi hər şeyə nail olmuşam. Avropa çempionatı isə tortun üzərindəki albalı kimi idi.

- Təsəvvür edin sizə mesaj gəlir ki, Ansi, hazırlaş, yazan Panuççidi. Cavabınız nə olar?

- Mən bunu gözləmirəm və gəlməyəcəm. Mən özüm də hansısa bir mesaj göndərmək fikrində deyiləm.

- Hər zaman "Tirana"ya olan sevginizdən danışırsınız. Karyeranızı bu komandada bitirə bilərsiniz?

- "Tirana" mənim ürəyimdəki komandadı, hər zaman da belə qalacaq. Futbolda sabah nə baş verəcəyini bilmək olmur. "Tirana"da mümkün olan hər şeyi qazanmışam. Bu üzdən məndə mütləq ora qayıtmalıyam düşüncəsi yoxdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest