"Almaniyada mənə kifayət qədər dəyər vermirdilər. Həmişə başqalarını çağırırdılar".

"Yuventus"un futbolçusu Kenan Yıldız Türkiyə milli komandasını seçməsinin səbəbini açıqlayıb.

Matc.az xəbər verir ki, 20 yaşlı vinger Almaniyada ona dəyər verilmədiyini deyib:

"Almaniyada mənə kifayət qədər dəyər vermirdilər. Həmişə başqalarını çağırırdılar. Əslində, öz istedadımın fərqində deyildim. Uşaq vaxtı qatıldığım bütün turnirlərdə ən yaxşı oyunçu seçildim. Səkkiz yaşımda on səkkiz yaşlılara qarşı oynayırdım".

Qeyd edək ki, Kenan Yıldız Almaniyada doğulub. Gənc futbolçu 2023-cü ildə debüt etdiyi Türkiyənin əsas millisində 26 oyun keçirib və 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest