"Real" ötən gün UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyununda səfərdə "Mançester Siti" üzərində 2:1 hesablı qələbə qazanıb.
Matc.az xəbər verir ki, qonaqlar fasilədə gözlənilməz dəyişiklik ediblər. Belə ki, madridlilərin qapıçısı Tibo Kurtua zədə səbəbindən meydanı tərk edib və onun yerinə ukraynalı qolkiper Andriy Lunin oyuna daxil olub.
Matçdan dan sonra "kral klubu"nun baş məşqçisi Alvaro Arbeloa belçikalı "əlcək sahibi"nin durumuna aydınlıq gətirib:
“Bu, sadəcə ehtiyat tədbiri idi. Ümid edirəm ki, o, bazar günü oynaya biləcək. Tiboda müəyyən narahatlıq var idi. O, matçı davam etdirmək istəyirdi, amma risk etməyə ehtiyac yox idi. Qarşıda bizi çox çətin oyun gözləyir. Lunin kimi daha bir möhtəşəm qapıçımızın olması bizim üçün böyük üstünlükdür. Onu ikinci hissədəki çıxışına görə təbrik edirəm. Çünki belə oyuna sonradan daxil olmaq heç də asan deyil”.
Qeyd edək ki, "Real" martın 23-də İspaniya La Liqasının 29-cu turu çərçivəsində öz meydanında "Atletiko" ilə qarşılaşacaq.




_1773840811.jpg)


_1773835384.jpg)




_1773829406.jpg)