"Arsenal" UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyununda "Bayer"i 2:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.

Matc.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Deklan Rays qarşılaşmadan sonra açıqlama verib. İngiltərəli futbolçu qrafikin sıxlığından şikayətlənib:

"Çox yorğunam. Dayanmaq bilmədən gərgin tempdə çalışırıq. Oktyabr ayından bəri hər üç gündən bir oyunlarımız olur. Bacardığımız qədər bunun öhdəsindən gəlməyə çalışırıq. Enerji və qalib gəlməyin yollarını tapırıq".

Qeyd edək ki, "Arsenal" turnirin 1/4 final mərhələsində Lissabon "Sportinq"i ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest