18 Mart 2026, 13:40
ÇEMPİONLAR LİQASI
"Qalatasaray" UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Liverpul"un qonağı olacaq.
Matc.az xəbər verir ki, klub rəhbərliyi vacib oyun öncəsi komandaya yüksək məbləğdə mükafat vəd edib. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" 1/4 finala yüksəlsə, komandaya 5 milyon avro mükafat veriləcək. Xəbərdə bildirilib ki, məbləğ matç bitindən dərhal sonra oyunçuların hesabına yüklənəcək.
Qeyd edək ki, "Liverpul" - "Qalatasaray" qarşılaşması bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar aarasında Türkiyədə baş tutan ilk oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.






_1773840811.jpg)



_1773835384.jpg)

