Malta millisinin uğursuz seriyası Azərbaycan yığması ilə oyunda qırılıb. Matç.az saytı xəbər verir ki, "cırtdan" ölkə təmsilçisi Millətlər Liqasının IV turunun Bakıdakı oyununda 1:1 hesablı heç-heçə edib.

Bununla da ada təmsilçisi səfərdəki 9 matçlıq məğlubiyyət seriyasına son qoyub. Rəqibimiz rəsmi görüşlərdə 9 oyun idi xal üzünə həsrət idi.

Malta sonuncu dəfə AVRO-2016-nın Bolqarıstanla seçmə görüşündə səfərdən xalla dönmüşdü. 1:1 hesablı heç-heçə 2014-cü il noyabrın 14-də qeydə alınmışdı.

Həmin tsiklin son üç səfər sınağında, həmçinin Dç-2018-in rəqib meydanındakı 5 seçmə görüşündə Malta qol vurmadan uduzub. Millətlər Liqasında Farer adalarındakı 1:3 hesablı məğlubiuyyətlə qolsuzluq seriyası qırılsa da, xal həsrəti Bakıyadək davam edir. "Cırtdan"lar 4 illik və 9 matçlıq həsrətə yığmamızla qarşılaşmada son qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest