Futbol üzrə Rusiya Birinci Liqasında 11-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula "Arsenal"ı da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Ulyanovsk"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
 
Əliyev bu matçın iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda qalıb.
 
"Arsenal" 11 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest