"Komandamı məğlubiyyətdən xilas edən qola imza atdığım üçün şadam". Matç.az saytının məlumatına görə, bunu Farer adaları yığmasının yarımmüdafiəçisi Rene Yonsen deyib.

 

Millətlər Liqasının IV turunda Kosovonu qəbul edən farerlilər məhz 25 yaşlı oyunçunun 50-ci dəqiqədə vurduğu qol sayəsində 1 xal qazanmağa nail olub – 1:1.

 

Lakin Yonsen doğma azarkeşləri önündə 2 xal itirdiklərini düşünür: "Azərbaycanın da xal itirməsi bizim üçün şans idi. Qalib gəlsəydik, vəziyyət bizim lehimizə dəyişə bilərdi. Ancaq Azərbaycanın büdrəməsi fonunda qrup liderini məğlub edə bilmədiyimiz üçün işimiz möcüzəyə qalıb. Bilirik ki, indi qrupdan çıxmaq şansımız çox azdı. Bununla belə, Azərbaycana qələbə üçün yollanıb, Kosovonun da Malta ilə matçda büdrəməsinə ümid edəcəyik".

 

Qeyd edək ki, Yonsen cəzalı duruma düşdüyündən, noyabrda millimizlə görüşü buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest