Türkiyə kubokunda 1/4 final mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, ilk gündə bir oyun baş tutub.
"Trabzonspor" səfərdə aşağı liqa təmsilçisi "Umraniyespor"un qonağı olub. Birinci hissə "bordo-mavililər"in üstünlüyü ilə başa çatıb. Lakin fasilədən sonra qapısında 3 top görən Superliqa klubu uduzaraq, ölkə kubokunda mübarizəni dayandırıb. "Umraniyespor" isə yarımfinala adlayıb.
Türkiyə kuboku
1/4 final
"Umraniyespor" - "Trabzonspor" - 3:1
Leandrinyo, 55; Altıntaş, 66 (pen.); çiçək, 90+7 - Nvakaeme, 35