AFFA-nın təsis olunmasının 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində bu gün “Dalğa Arena”da yoldaşlıq oyunu təşkil olunub.

Matc.az xəbər verir ki, “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanan oyunda AFFA-nın, Peşəkar Futbol Liqasının əməkdaşlarından və Azərbaycan milli komandalarının məşqçilərindən ibarət komanda ilə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əməkdaşlarından və həmin klublarda çalışan məşqçilərdən təşkil olunmuş komanda üz-üzə gəlib.

Hər iki komandanın üzvlərini yubiley münasibətilə təbrik edən, xatirə şəkli çəkdirən AFFA-nın prezidenti Rövnəq Abdullayev veteran futbolçular Kazbek Tuayev və Çingiz İsmayılovla birlikdə simvolik olaraq topa ilk toxunuşu ediblər.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 5:5 hesabı ilə başa çatıb. AFFA-nın heyətində İlqar Qurbanov (2), Arif Əsədov, Fərrux İsmayılov və Zaur-Hacı Məhərrəmov fərqlənib. Klubların qollarını isə Xaqani Məmmədov (4) və Zaur Tağızadə vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest