Biz hücum xəttimizi iki oyunçuyla gücləndirmişik. Pərdisə demişdik ki, bizim planlarımıza daxil deyilsən. Onsuz da bir çox oyunçu məşq edir, sadəcə, maaş valır. Bizim onunla müqaviləmiz var. Ona ödəmə etmək borcumuzdur.

"Deyiləcək çox şey yoxdur. Bizim adımıza ən pisi qolu özümüzün vurmağıdır. Hədindən artıq qazanmasaq istəyirdik. çox heyif ki, alınmadı". Matc.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov deyib.

Topaz Premyer Liqasının XIX turunda dogma meydanda "Qəbələ" ilə qarşılaşan qəsəbə təmsilçisi sonlarda məğlubiyyətdən qaçıb – 1:1.

Qarşılaşmadan sonra oyunla bağlı danışan Abasov matçı belə şərh edib: "Hamidinin oyuna girməyi, daha doğrusu əvvəlcədən olmamağı bizə pis təsir edir. İki günlük məşqdən sonra onun bizə verə biləcəyi 25-30 dəqiqə var idi. Ancaq risk alıb oynatdıq. Bilal birə-birdə çox yaxşı oyunçudur. Qapanan komandaya qarşı faydalı olur. O da pis oyun göstərmədi. Bu gün xal itirməyimiz bizi çox üzdü".

Abasov Pərdis Azadın heyətdə olmamasına isə belə izah verib: "Pərdisin heç bir səhvi yoxdur. Biz hücum xəttimizi iki oyunçuyla gücləndirmişik. Pərdisə demişdik ki, bizim planlarımıza daxil deyilsən. Onsuz da bir çox oyunçu məşq edir, sadəcə, maaş valır. Bizim onunla müqaviləmiz var. Ona ödəmə etmək borcumuzdur. Əgər oyunçu özü bu durumdan razıdırsa, bunu ondan soruşun".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest