Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "çindia" ilə qarşılaşıb.
 
5 qolun vurulduğu görüşdə "Zirə" Rumıniya təmsilçisinə 3:2 hesabı ilə qalib gəlib. Bakılıların heyətində 15-ci dəqiqədə penaltidən Coşqun Diniyev, 18-ci dəqiqədə Toni Qomes, 75-ci dəqiqədə isə Hamidu Keyta fərqlənib.
 
Qeyd edək ki, "Zirə" daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 17-də Macarıstanın "Szeged-Csanad" və Serbiyanın "Radniçki" klubu ilə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest