Türkiyədə təlim-məşq toplanışında olan "Şamaxı" ilk yoxlama görüşünü keçirib. Matc.az saytı xəbər verir ki, Premyer Liqa təmsilçisi Qazaxıstan klubu "Kaysar"la üz-üzə gəlib.
 
Antalyada "Miracle" hotelinin meydançasında baş tutan qarşılaşmada qol səsi çıxmayıb. Nəticədə "Şamaxı" ilk matçında 0:0 hesablı heç-heçə edib.
 
Vüqar Əsgərlinin kollektivi bu gün daha bir yoxlama görüşü keçirəcək. Komanda Bakı vaxtı ilə saat 18:30-da "Botoşani" (Rumıniya) ilə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest