"Zirə" Türkiyə toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib. Matc.az xəbər verir ki, Bakı klubu "Seqed-çanad"la qarşılaşıb.
 
Macarıstan komandası ilə görüş təmsilçimizin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Paytaxt klubunun heyətində yeganə qola 34-cü dəqiqədə Toni Qomes imza atıb.
 
"Zirə" bu gün daha bir matçda qüvvəsini sınayıb. Rəşad Sadıqovun kollektivi Bakı vaxtı ilə saat 16:30-da "Radniçki" (Serbiya) ilə üz-üzə gəlib. Bu oyunda isə qapılara qol vurulmayıb.
 
Bununla da bakılıların Türkiyə toplanışı başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest