19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, yığma Tacikistanın U-20 seçməsi ilə qarşılaşıb.
 
Qarşılaşmadan əvvəl Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Komandamız meydanı məğlub tərk edib – 1:2. Yığmamızın heyətində təsəlli qolunu 90+1-ci dəqiqədə Aslan Şirinov vurub.
 
Qeyd edək ki, U-19 növbəti yoxlama görüşünü fevralın 8-də keçirəcək. Həmin gün rəqib Səudiyyə Ərəbistanı olacaq.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest