Almaniya Futbol Liqasının (DFL) rəhbərliyi oyunların yayım hüquqlarının bir hissəsini xarici investorlara satmağı planlaşdırır. Matc.az xəbər verir ki, I və II Bundesliqadan cavabdeh olan qurum bundan 4,5 milyard avro qazanc əldə etmək niyyətindədi.
 
Söhbət DFL-in gələcəkdə 18 milyard avro dəyərində qiymətləndirdiyi ümumi dəyərin 25 faizlik payının satışından gedir. Almaniya Futbol Liqası fevralın 9-da keçiriləcək iclasda media hüquqları müqaviləsini müzakirə edəcək.
 
Liqa rəhbərliyi bu yolla İngiltərə Premyer Liqası və İspaniya La Liqasından maliyyə geriliyinin azalacağını düşünür.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest