Şəhər mərkəzindən 50 kilometr uzaqlıqda yerləşən kəndin sakinləri və şagirdlər komandanın oyunlarına tez-tez gələ bilmədiyi üçün komanda məktəbin qonağı olub.

"Turan Tovuz" klubunun futbolçuları Kamal Bayramov, Siyanda Xulu, Denis Marandiçi, Xəyal Nəcəfov, Turan Vəlizadə, Belajdi Pusi, akademiyamızın koordinatoru Rasim Əliyev, mətbuat katibi Süleyman Tağıyev Məzahir Quliyev adına Şamlıq kənd tam orta məktəbinin qonağı olublar.
 
Rayonunun ən ucqar kənd məktəblərindən olan Şamlıq kənd tam orta məktəbində 175 şagird təhsil alır. Şəhər mərkəzindən 50 kilometr uzaqlıqda yerləşən kəndin sakinləri və şagirdlər komandanın oyunlarına tez-tez gələ bilmədiyi üçün komanda məktəbin qonağı olub. Məktəbin direktoru Elxan Əliyev müəllim və şagird heyəti komandanı yüksək səviyyədə qəbul edib.
 
Akt zalında keçirilən görüş zamanı komanda haqqında müəllim və şagird heyətinə geniş məlumat verilib. Daha sonra şagirdlərin sualları cavablandırılıb. Klub tərəfindən məktəbə hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest