"Dinamo" cavab oyunu üçün Azərbaycana 25 futbolçu ilə gəlib.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq Ukraynanın "Dinamo" klubu artıq Bakıdadır.

Matc.az xəbər verir ki, Kiyev təmsilçisinin mətbuat xidməti komandanın cavab oyunu üçün Azərbaycana 25 futbolçu ilə gəldiyini qeyd edib.

Bildirilir ki, heyətdə qapıçılar Manko, Olxovıy, Surkis, müdafiəçilər Bilova, Dubinçak, Kendzor, Maliş, Mixavko, Siç, Timçik, Tiare, yarımmüdafiəçilər Brajko, Buyalski, Kabayev, Lonveyk, Lyusin, Mixaylenko, Şola, Reduşko, Rubinçinski, Şaparenko, Yarmolenko, hücumçular isə Gerrero, Munqenqe və Ponomarenkodur.

Xatırladaq ki, "Qarabağ" səfərdə keçirilən ilk görüşdə "Dinamo"ya 0:1 hesabı ilə uduzub. Komandalar arasında cavab matçı avqustun 13-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest