Argentina millisinin müdafiəçisi Nauel Molina İtaliyanın "Roma" klubunun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Roma təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, "Roma" Madrid "Atletiko"sundan Nauel Molinanın daimi əsasda transfer olunduğunu elan etməkdən məmnunluğunu ifadə edib.

Molina "Udineze" və Madrid "Atletiko"sunun heyətində çıxış etdiyi bütün Avropa turnirlərində ümumilikdə 249 matçda meydana çıxıb və 19 qol vurub.

28 yaşlı sağ cinah müdafiəçisi Argentina millisinin heyətində 65 oyun keçirib və iki dünya çempionatında iştirak edərək 2022-ci ildə Qatardakı turnirin qalibi olub.

O, həmçinin iki dəfə Amerika kubokunun (2021, 2024) baş mükafatına sahib çıxıb. Nauel Molina "Roma"da 20 nömrəli formanı geyinəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest