"Qarabağ" çox güclü komandadır".

"Dinamo"nun (Kiyev, Ukrayna) futbolçusu Matvey Ponomarenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, o, oyunun çətin keçəcəyini deyib.

"Səfərdə oynayırıq. Bakıda azarkeşlərin sayı olduqca çoxdur. Qələbə qazanmağa çalışacağıq. Oyuna köklənməliyik. "Qarabağ" çox güclü komandadır. Ciddi şəkildə hazırlaşmışıq və çətin olacağını düşünürük", - deyə Ponomarenko açıqlama verib.

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest