12 Avqust 2026, 18:06
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo atasının vəfatı ilə bağlı paylaşım edən "İnter Mayami"nin argentinalı forvardı Lionel Messiyə dəstək olub.
Matc.az xəbər verir ki, bu barədə ulduz futbolçunun sosial şəbəkə hesabındakı paylaşımı məlumat verib.
Ronaldo Messinin paylaşımının şərh bölməsində bu sözləri yazıb: "Bu çətin günlərdə səni və yaxınlarını qucaqlayıram, Leo. Sənə böyük güc arzulayıram".
Messinin atası 8 avqust 2026-cı ildə 68 yaşında vəfat edib. Əvvəllər Xorxe Messinin Rosario şəhərindəki klinikalardan birində dünyasını dəyişdiyi bildirilirdi. O, uzun müddət xəstəliklə mübarizə aparsa da, hansı xəstəlikdən əziyyət çəkdiyi dəqiqləşdirilmir.













