08 Avqust 2026, 15:52
FUTBOL
Misli Premyer Liqasının I turu çərçivəsində keçiriləcək "Kəpəz" – "Sabah" matçının yeri dəyişdirilib.
Matc.az xəbər verir ki, qarşılaşma təxirə salınmayıb, lakin "Sabah"ın avrokubok oyunları ilə əlaqədar olaraq oyun Gəncədə baş tutmayacaq.
Paytaxt klubu avrokubok matçlarına daha yaxşı hazırlaşmaq məqsədilə səfər görüşünün yerinin dəyişdirilməsini xahiş edib. Klublar arasında əldə olunmuş qarşılıqlı razılığa əsasən, yeni mövsümün ilk turunun bu oyunu "Sabah"ın ev sahibliyi ilə Bakıda təşkil olunacaq.
Qeyd edək ki, yeni mövsümə Tovuzda start veriləcək. Mövsümün açılış matçında "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək.













