Aç-2024-ün seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı səfər oyunu Fransa yığmasının hücumçusu Olivye Jiru üçün əlamətdar olub. Matc.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçda yeni rekorda imza atıb.
 
Belə ki, təcrübəli forvard 2000-ci ildən Fransa yığmasında rəsmi görüşdə iştirak edən ən yaşlı oyunçuya çevrilib. O, bunu 36 yaş 178-ci günündə bacarıb. Jiru əfsanəvi müdafiəçi Lilian Tyuramı (36 yaş 164 gün) geridə qoyub.
 
Xatırladaq ki, Olivye Jiru yığmada 121 oyun keçirib və 53 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest