"Bu məğliubiyyətin indiyəqədərki qələbələri silməsinə imkan verməyəcəyik". Matç.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu Simeon Slavçev deyib.

Bolqarlar Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Norveçə səfərdə minimal hesabla (0:1) məğlub olub.

Oyun haqda yerli mətbuata danışan "Qarabağ"ın yarımmüdafiəçisi həvəsdən düşməyəcəklərini vurğulayıb: "Uduzsaq da, başımızı aşağı salmamalıyıq. Paltardəyişmə otağında hər zamankından daha mehriban olacağıq. Komandamız böyük potensiala malikdi. Biz robot deyilik. Amma bir komanda şəklində yumruğumuzu vuracağıq".

Qeyd edək ki, aktivində 9 xalı olan Bolqarıstan qrupunda 2-ci pillədə qərarlaşıb. Lider Norveçin də eyni sayda xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest