Almaniya millisi yeni antirekordla üzləşib. Matç.az saytı xəbər verir ki, Bundestim 2018-ci ildə 6-cı məğlubiyyətini alıb.

Millətlər Liqasının IV turunun Fransa ilə görüşünədək almaniyalılar 5 dəfə uduzmuşdu. 1:2 hesablı yenilgi təqvim ilində 6-cı olub.

Almaniya millisi tarixində heç vaxt bir ildə bu qədər uduzmamışdı. Bu məğlubiyyət həm də qələbəsiz oyunlar seriyasını 4-ə çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest