Uruqvay millisinin yarımmüdafiəçisi Manuel Uqarte növbəti mövsümdən Fransada çıxış edəcək. Matc.az xəbər verir ki, "Sportinq" oyunçusunu PSJ-yə satıb.
 
Kublar arasında danışıqlar artıq müsbət yekunlaşıb. Razılığa əsasən, parislilər keçid müqabilində Portuqaliya komandasına 60 milyon avro ödəyəcək. 22 yaşlı oyunçu özü isə yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.
 
Qeyd edək ki, Manuel Uqarte 2021-ci ildən "Sportinq"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest