"Səmimi deyirəm, heç bir şəkildə, heç bir formada, kiminsə vurulan qollara, rekordlar qırmasına görə narahat olmuram. Mənə maraqlı deyil". Matc.az xəbər verir ki, bunu veteran futbolçu Endi Koul deyib. 
 
İngiltərə yığmasının sabiq hücumçusu "Mançester Siti"nin heyətində Premyer Liqada parlaq mövsüm keçirən Erlinq Halandın qırdığı rekordlara münasibət bildirib. 
 
Onun sözlərinə görə, bu haqda düşünmür: "İnsanlar deyirlər ki, mən məyus olmalıyam. Niyə? çünki kimsə məndən çox qol vurub. Yatmadan əvvəl "Aman Allah, kimsə mənim rekordumu qırdı" deyə düşünməliyəm? Xeyr, papağımı çıxarıb, Halanda salam verirəm. O, bunu çoxlu şanslar yaradan komandada etdi".
 
Qeyd edək ki, Haland bu mövsüm Premyer Liqada 36 qol vurub. Koul da Alan Şirer kimi bir mövsümdə 34 qol vurmağı bacarmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest